XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Noyabr, 2016
Muzey əməkdaşının məqaləsi çap olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadovun “Azərbaycan sufi ədəbiyyatında multikulturalizm izləri” adlı məqaləsi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “ Dövlət və Din” toplusunun 2016-cı il 5-ci sayında  çap olunmuşdur.


 

Məqalədə klassik Azərbaycan sufilərinin yaradıcılığından nümunələr verilərək onların multikultural dəyərlərin təbliğində oynadığı rol göstərilmiş, həmçinin bu mütəfəkkirlərin təsirilə erməni ədəbiyyatında da sufizmin yayıldığı qeyd edilmişdir. Məqalədə sufizmin multikultural dəyərlərinin müasir Azərbaycan Respublikasının Konstitusiyasının din və vicdan azadlığı prinsipləri ilə həmahəng olduğu vurğulanmışdır.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/