XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Noyabr, 2016
Muzeyin yeni kitab-albomu nəşr olundu

 Milli Azərbaycan Tarixi Muzeyinin  direktoru, akademik Nailə Vəlixanlının redaktorluğu, Etnoqrafiya elmi fond şöbəsi müdiri t.ü.f.d. Gülzadə Abdulovanın müəllifliyi ilə yeni “Azərbaycan qadın geyim bəzəkləri” kitab-albomu nəşr olundu.


Bu vaxta qədər elmi ədəbiyyatda geyimlər hərtərəfli araşdırılsa da, onların estetik görünüşünü təmin edən dekorativ və əməli əhəmiyyətli bəzəklər haqqında ətraflı məlumatlar verilməmişdir. Kitab-albomda bu boşluğu doldurmaq üçün ənənəvi xalq geyimlərinin tərkib hissəsi olan qadın geyimlərinin bəzədilməsində istifadə edilən elementlərin təsnifatı və onlar haqqqında qısa məlumatlar verilmişdir. Kitab-albom “Baş bəzəkləri”, “Düymə və piləklər”, “Ətəklik, yaxalıq və əlcəklər”, “Sancaqlar”, “Kəmərlər”, “Ayaq geyim bəzəkləri”, “Toxuma bəzəklər”, “Tikmələr” adlı bölmələrdən ibarətdir. Kitab-alboma daxil edilən materiallar Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunur. Kitab-albomdakı mətnlər azərbaycan və ingilis dillərində verilmişdir.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/v