XƏBƏRLƏR
10 Noyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirildi
2016-cı il noyabrın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirildi. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamladı.
O vurğuladı ki, Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan sərgi Azərbaycan ənənəvi qadın geyim bəzəklərinə həsr olunub. Sərgidə 200-dən artıq eksponat nümayış olunur: baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər. Nümayiş olunan eksponatların bir qismi e.ə.XIII - b.e.VII əsrləri aiddir, əksər eksponatlar XVIII-XX əsrin əvvəllərinə aiddir. Həmçinin burada 20 maneken üzərində XIX əsr tam qadın geyimlər nümayiş olunur. Sərginin unikal eksponatlarından bəziləri XIX əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanla bağlıdır. Belə ki, burada ona məxsus olmuş geyim və ayaqqabılar da tamaşıçılara təqdim edilir. Qeyd etmək lazımdır ki, əksər eksponatlar ilk dəfədir nümayiş olunur. Sərginin keçirilməsində məqsəd ulularımızın yaratdığı maddi dəyərləri düzgün təbliğ etmək, unudulmaq və yad əllərə düşmək təhlükəsindən xilas etmək üçün gənc nəslə, xarici tədqiqatçılara sağlam şəkildə çatdırmaqdır. Sonra Nailə xanım sözü muzeyin Etnoqrafiya Fondunun müdiri, “Qadın geyim bəzəkləri” albom-kataloqunun tərtibatçısı Gülzadə Abdulovaya verdi. Gülzadə xanım Nailə Vəlixanlının rəhbərliyi və redaktorluğu ilə ərsəyə gələn adı çəkilən albom-kataloq haqqında məlumat verdi. Qonaqlardan çıxış edən AMEA müxbir üzvü N.Axundova, sərgidə əməyi keçən işçi qrupuna və muzeyin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Sonda muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərginin dizaynı və təşkilatçısı Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədova, həmçinin tərtibat işlərində fərdi kolleksionerlər Ruslan Hüseynov və Fuad Cəbrayılova xüsusi təşəkkürünü bildirməklə, qonaqları sərgi ilə əyani tanışlığa dəvət etdi. Sərgi 10 noyabr 2016 il – 1 fevral 2017 ilə qədər davam edəcək.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...