XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Noyabr, 2016
“Qadın geyim bəzəkləri” sərgisində nümayiş olunan baş bəzəkləri

Baş geyim bəzəkləri qədim dövrlərdən Azərbaycan sakinlərinin istifadəsində olmaqla zəngin çeşidlərə malikdir. Belə bəzəklərə “cutquqabağı”, “papaqqabağı”, “dingəqabağı”, “alınlıq”, “üzlük”, “cıqqa”, “qarmaq”, “təpəlik”, “düyməcə”, “çənəbənd”, “qarmaqlı çənəbənd” və s. daxildir.


 “Cutquqabağı” cutqu (içitük) adlanan baş geyiminin alın hissəsinə tikilən bəzəklərə deyilir. “Papaqqabağı”, “alınlıq”, “dingəqabağı”, “cıqqa” adlanan bəzək elementləri cutquqabağı ilə eyni funksiya daşıyaraq, formaca da eyniyyət təşkil edirdilər. Fərq yalnız adlarından da məlum olduğu kimi, hansı geyim elementinə əlavə olunmalarında idi.“Təpəlik”  (“başlıq”) əsasən çalma, dingə tipli baş geyimlərinin üzərinə taxılır, geyimin başda sabitliyini təmin edirdi. Geyimə bəndlənməsini təmin etmək üçün zəncirlərin uclarına qarmaq lehimlənirdi ki, həmin elementə görə bu bəzək xalq arasında bəzən “qarmaq” da adlanırdı. Bu tip bəzəklər Azərbaycan və Dağıstan xalqları arasında geniş yayılmışdı.Təpəlikdən fərqli olaraq çənəbəndlər həm boyun bəzəyi kimi çıxış edir, həm də əməli funksiya daşıyaraq çarqat və araqçınların başdan sürüşüb düşməsinin qarşısını alırdı. 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/