XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Noyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisində nümayiş olunan kəmərlər

Kəmərlərin tarixi geyim mədəniyyətinin tarixi qədər qədimdir. Geyim mədəniyyətində düymələrin tətbiqindən əvvəl kəmərlərdən geyimlərin əyində rahatlığını təmin etmək üçün istifadə edilmişdir.


 

İlkin dövrlərdə dəridən, sonralar metal və parçadan olan kəmərlər zaman keçdikcə digər geyim növləri kimi dəbə uyğun olaraq dəyişmiş, təkmilləşmiş, müxtəlif forma və çeşidləri yaranmışdır. XX əsrin əvvəllərinə qədər Azərbaycanda “pilək”, “qələmi”, “sallama”, “şəbəkə”, “gül”, “aynalı”, “minalı” adı ilə məlum olan kəmərlərdən geniş istifadə olunmuşdur.


Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/