Nizami rayonu 32 saylı orta məktəbinin 6-7-ci sinif şagirdləri ilə Milli Azərbaycan Tarixi Muzeyində növbəti açıq dərs keçirildi.
“İbtidai icma quruluşu” mövzusunda olan dərsi 7-ci sinif şagirdi J. Nəhmətova apardı. Baxmayaraq ki, Jalə özü şagirddir, ancaq o, dərsi çox yüksək səviyyədə keçirə bildi. 6-cı sinif şagirdləri ilə aparılan bu dərsdə onların tarix müəllimləri, Q. Məmmədova və L. İmranova da iştirak edirdilər. Şagirdlərin verdikləri sualları Jalə çox diqqətlə dinləyir və onlara ətraflı cavab verirdi. Sonda dərs aparmaqdan böyük zövq alığını bildirən J. Nəhmətova öz minnətdarlığını belə ifadə etdi: “Mənim müəllimlərimin Milli Azərbaycan Tarixi Muzeyində keçirilən layihələrdə iştirak etdiyini onların dərs vaxtı maraqlı informasiyalarından eşitmişdim. Mən tarix fənnini çox sevdiyimdən bu layihələrdə iştirak etməyi çoxdan arzulayırdım. Bu gün bu arzumun həyata keçməsi üçün bizə yaradılan şəraitə görə muzeyin direktoru akademik Nailə xanım Vəlixanlıya, öz müəllimlərimə və layihənin rəhbəri N. Yusifovaya minnətdarlığımı bildirirəm. Düşünürəm ki, belə layihələr biz gənclərin tarixini, vətənini sevmələrində böyük köməyi olacaqdır”.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.