XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 Noyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyində tələbələrlə növbəti aciq dərs keçirildi

Bu gün Milli Azərbaycan Tarixi Muzeyinidə “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi keçirildi. Mərasimin sonunda Rəssamlıq Akademiyasının “Rəssamlıq” fakultəsinin tələbələri ilə “Milli geyimlərimiz rəssamların gözü ilə” açıq dərsi keçirildi.


Açıq dərsi adı çəkilən akademiyanın milli geyimlər üzrə mütəxəssisi dos. S. Dünyamaliyeva apardı. Tələbələrin maraqlı suallarına Sabirə xanım əhatəli cavablar verdi. Sonda S. Dünyamaliyeva, həmin akademiyanın dosenti M. Nəsirova və tələbələr belə sərgilərin milliliyimizə, tariximizə, mədəniyyətimizə gənclərin daha yaxın olmalarına və gələcəkdə onların münasibətlərinə də edəcəyi maraqlı təsirdən danışdılar və tədbirə aldıqları dəvətə və onlara yaradılan şəraitə görə muzeyin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/