Ənənəvi qadın geyimlərinin tikmə bəzək elementlərinin böyük hissəsini ətəklik və yaxalıqlar təşkil edir. Ətəkliklər köynəyin ətəyinin ön hissəsinə tikilirdi.
“Məcidiyyə”, “mərzəndiyə”, “babaxanı”, “midaxıl”, “arpa”, “buta”, “aypara”, “pərəkli”, “qoza”, “yarpaq” adlanan ətəklik nümunələri xalqın istifadəsində olmuşdur. Yaxalıqlar formaca ətəkliklərə bənzəsələr də, həcm etibarilə onlardan bir qədər böyük olur, əsasən arxalıq, ləbbadə, çəpkən, küləcə kimi geyimlərin yaxa kəsiyi boyunca tikilirdi. Qadın çiyin geyimlərindən olan çəpkənlərin qolçaq hissəsinin bəzədilməsinə də xüsusi önəm verilirdi. Əlcəklər adətən toxuma bəzəklərlə, bəzi hallarda isə qızıl, gümüş və müxtəlif tikmə üsulları ilə bəzədilirdi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.