“Code Tusi” və Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş “Tarixin sirləri”universitetlərarası məntiqi-intellektual komanda oyunu keçirilib.
Yarışmada müxtəlif ali məktəblərdən (Tibb Universiteti, Texniki Universitet, İqtisad Universiteti, Dövlət İdarəçilik Akademiyası, Dövlət Pedaqoji Universiteti, Neft və Sənaye Universiteti) ümumilikdə 30 tələbə iştirak edib. Yarışmada Tibb Universitetinin tələbələri sualları daha tez cavablandıraraq qalib oldular. Oyunun nəticələrinə əsasən qaliblərə “Code Tusi”nin medalları və xatirə hədiyyələri təqdim olundu.
Yarışmanın təşkilatçıları onlara yaradılan şəraitə görə Muzeyin direktoru, akademik Nailə Vəlixanlıya öz təşəkkürlərini bildirdilər.
Muzeyimizdə keçirilən bu növ məntiqi-intellektual komanda oyunlarının hədəfi həm şagird, həm də tələbələr tərəfindən tariximizin, mədəniyyətimizin muzey ekspozisiyası əsasında daha dərindən öyrənilməsidir.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.