Bakı Musiqi Akademiyasında multikulturalizm üzrə tədbir keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Ə. Fərhadov tədbirdə iştirak etmişdir.
Tədbirdə Milli Məclisin deputatları, Bakı Musiqi Akademiyasının, Nəsimi Rayon İcra Hakimiyyətinin, Dövlət İdarəçilik Akademiyasının, yerli dini icmaların nümayəndələri çıxış edərək Azərbaycanda multikulturalizmin dövlət siyasəti və dünyaya nümunə olduğunu qeyd etdilər. Tədbirin sonunda milli və Avropa musiqiləri əsasında bədii hissə nümayiş etdirildi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.