XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Noyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisində nümayiş olunan düymə və piləklər

Geyim mədəniyyətində düymələr vacib ünsürlərdən biri hesab olunur. Tunc dövründən etibarən istehsalına başlanılan düymələrdən əvvəlcə amulet (həmayıl) kimi istifadə edilmişdir.


İlkin mərhələdə primitiv və naxışsız hazırlanan bu amuletlərə zaman-zaman yüksək bədii çalar verilmiş, tədricən bəzək-zinət əşyaları kimi istifadə olunmağa başlanmışdır. 

Geyim mədəniyyətimizdə tökmə, torlama, qəlibkarlıq, qarışıq (bir neçə istehsal texnologiyasının sintezindən ibarət), ipək sapdan hazırlanmış düymələrdən geniş istifadə olunmuşdur. Düymələrin estetik gözəlliyini artırmaq məqsədilə onlara müxtəlif daşlardan qaşlar da əlavə edilmişdir. 

Düymələrlə yanaşı, çiyin geyimlərində, xüsusən nimtənə, çəpkən və arxalıqlarda “çarpaz” adlanan geyim elementindən də istifadə olunurdu. Çarpazlar qarşı-qarşıya olaraq geyimin bel hissəsinə bərabər sayda tikilirdi. Bu düymə tipi orta əsrlər dövründən xalqın istifadəsində olmuşdur. XX əsrin əvvəllərindən etibarən metal pullardan hazırlanmış çarpazlar da xalqın geniş istifadəsində olmuşdur. 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/