XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Noyabr, 2016
Muzey əməkdaşı Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirdə iştirak edib

Four Seasons Hotel Bakuda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadov da iştirak etmişdir.Tədbirdə Milli Məclisin deputatları, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, AMEA-nın, Qafqaz Müsəlmanları İdarəsinin və  müxtəlif dini icmaların nümayəndələri iştirak və çıxış etmişdir. Tədbirdə Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxs Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Tədbirin sonunda bədii hissə nümayiş etdirilmişdir.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/