“Huawei” şirkəti “Bakcell” ilə birlikdə “Gözəl Mədəniyyət” layihəsi çərçivəsində Azərbaycanın bütün sakinlərinə ölkəmizin zəngin və bənzərsiz mədəniyyəti ilə tanış olmağı və “Açıq qapı” günlərində muzey və mədəniyyət mərkəzlərini ödənişsiz ziyarət etməyi təklif edir.
Öz növbəsində Milli Azərbaycan Tarixi Muzeyi də layihədə iştirak edən muzeylər sırasındadır. Belə ki, muzeydə “Açıq qapı” günləri 25-27 noyabr 2016-cı il tarixlərində keçiriləcək. Bu təklifdən istifadə etmək arzusunda olan ziyarətçilərdən layihə təşkilatçıları (“Huawei” və “Bakcell” şirkəti) ilə əlaqə saxlamağı xahiş olunur.Bu layihə “Bakcell” şirkətinin, Azərtac informasiya agentliyinin və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə, Azərbaycan və Çin arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə hazırlanmış “Gözəl Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.