Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin elmi işçisi S.Həmzəbəyova Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda 2016-cı il noyabrın 16-17-də “Şərqşünaslığın tarixi: ənənə və müasirlik” mövzusunda keçirilmiş IV Beynəlxalq Konfransda çıxış etmişdir.
S. Həmzəbəyova “Dünya şərqşünaslığı və yerli elmi məktəblər” mövzulu iclasda “V.Minorskinin məktəbi və Azərbaycan şərqşünaslığı” adlı məruzə ilə skayp vasitəsilə çıxış etmişdir Qeyd etmək lazımdır ki, ilk dəfədir ki, muzeyin əməkdaşı beynəlxalq konfransda skayp vasitəsilə iştirak edir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.