XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Noyabr, 2016
“Qadın geyim bəzəkləri” sərgisində nümayiş olunan arxeoloji bəzəkləri

Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunmuş “Qadın geyim bəzəkləri” sərgisində nümayiş etdirilən maddi mədəniyyət nümunələri arasında arxeoloji bəzəklər də yer almışdır.


Sərgidə nümayiş etdirilən arxeoloji bəzəklərin ümumi sayı 42 ədəddir. Həmin arxeoloji tapıntılara sancaqlar, düymələr, piləklər, kəmərlər, toqqa bəndləri, asmalar, gicgah asmaları və digər bəzək nümunələri daxildir. Adları çəkilən bu nümunələrin əksəriyyəti tuncdan hazırlanıb, əsasən baş, sinə və geyim bəzəkləridir. Onlar Mingəçevir, Mollaisaqlı, Nərgizəva, Xaçbulaq və Çovdar abidələrində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmişlər. Yalnız bir ədəd bəzək əşyası təsadüf nəticəsində Dolanlar ərazisindən tapılmışdı. Sərgidə nümayiş etdirilən arxeoloji bəzəklərin dövrünə gəldikdə onların bir qismi e.ə. XIII-VIII əsrlərə (Xocalı-Gədəbəy mədəniyyətinə), digər qismi e.ə. IV-b.e. II əsrlərə (antik dövrə), bir neçə nümunəsi isə VII-IX əsrlərə aiddir. Onların hamısı öz dövrünün sənətkarları tərəfindən nəfis şəkildə hazırlanmış və yüksək bədii zövqlə işlənmişdir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/