18 noyabr 2016-cı il tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm” jurnalının 2016-cı il 2-ci sayının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov XIX-XX əsrin əvvəllərində Əhməd Ağaoğlu, əl-Bakuvi kimi mütərəqqi mütəfəkkirlərin məzhəbçiliyə qarşı mübarizəsindən, çar Rusiyasının və avropalıların Azərbaycanı xristianlaşdırma və missionerlik siyasəti haqqında çıxış etmişdir. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun, AMEA-nın nümayəndələri, elm xadimləri və xarici qonaqlar da iştirak və çıxış etmişdirlər.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.