Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Yaradıcı Qadınlar Assosiasiyasının 17-cı ildönümü münasibətilə assosiasiya üzvlərinin əl işlərindən ibarət sərgi açılıb.
Sərgidə Milli Azərbaycan Tarixi Muzeyi Bərpa laboratoriyasının əməkdaşları YQA-nın vitse-prezidenti, bərpaçı rəssam G.Hacıyeva tekstil kompozisiyası, bərpaçı dizayner V.Xudaverdiyev zərgərlik və yağlı boya, bərpaçı rəssam T.Nəbiyev isə zərgərlik və rəngkarlıq əsərlərini nümayiş etdirmişlər.
Muzey əməkdaşlarının əl işləri sərgini ziyarət edən qonaqların böyük marağına səbəb olub.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.