XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Noyabr, 2016
Silahlar və bayraqlar fonduna yeni material daxil olmuşdur

Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəlinə aid yeni Avropa istehsalı olan ov tüfəngi daxil olmuşdur.Tüfəngin lüləsi dəmirdir, səkkiztillidir. Üzərində nəbati naxışları var.


Lülənin üzərində “1919” il tarixi və “FABRİOUE DAPMES DE LİBGD” sözləri qeyd olunub.Qədim və zəngin tariximizin əyani sübutu olan eksponatlar zamanın təsirindən öz görkəmini itirib korroziyaya məruz qalır. Tüfəngin  bərpaya ehtiyacı olduğundan bərpa işi Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Nəbiyev Tural  tərəfindən həyata keçirilib. Metal hissələr kəskin korroziyaya uğramışdır. Ağac hissəsində vizual olaraq cızıqlar görsənirdi. Lülə və metal hissələri korroziyadan təmizləndikdən sonra qoruyucu təbəqə ilə örtülmüşdür. Ağac nahiyyələrə xüsusi boya çəkilmişdir. Silahda çatışmayan iki yiv əlavə edilmiş, lülə hissəsi gövdəyə bərkidilmişdir. Hal-hazırda tüfəng Silahlar və bayraqlar fondunda saxlanılmaqdadır.

 

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/