Noyabrın 24-də Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda vakant vəzifələrə seçkilərlə bağlı məsələ müzakirə olunmuşdur.
“Elm” qəzetində dərc edilən elana əsasən müsabiqəyə qatılan namizədlər özləri və iddia etdikləri vəzifədə görəcəkləri işlər haqqında Elmi Şura üzvləri qarşısında təqdimatlarla çıxış etdilər. Gizli səsvermə yolu ilə muzeyin elmi işçisi Emin Dadaşov Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri vəzifəsinə seçilmişdir. Elmi Şuranın qərarı ilə Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi v.i.e. t.ü.f.d. Zərifə Dulayeva həmin vəzifədə təsdiq olunmuşdur.
Daha sonra iclasda muzeyin 2017-ci il üçün elmi tədqiqat planı müzakirə olunmuş və qəbul edilmişdir.
Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.