XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Noyabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı beynəlxalq elmi konfransda çıxış edib

28 noyabr tarixində AMEA-nın Əsas binasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.


Konfransda Türkiyə, Rusiya, Ukrayna, İran İslam Respublikası, Almaniya və Avstraliyadan olan tanınmış arxeoloqlar iştirak edirlər. 

Öz növbəsində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxışında, Qarabağın arxeoloji irsinin öyrənilməsinin aktuallığından, Qarabağ ərazisindəki arxeoloji abidə və artefaktların qonşu regionlardakı həmdövr analoqları barədə mövzulara toxunmuşdu.

Konfrans işini bölmə iclasları üzrə davam etdirdi. İclaslarda “Müstəqillik illərində Qarabağda arxeoloji tədqiqatlar”, “Virtual Qarabağ Tarixi Muzeyi”, “Qarabağda Üzərliktəpədə şəhər yerinin dulusçuluq məlumatları”, “Qarabağ və Naxçıvanın plastik sənətkarlıq nümunələri” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

 


 

Директор Национального Музея Истории Азербайджана, академик Наиля Велиханлы выступила на международной конференции 

28 ноября в Главном здании Национальной Академии Наук Азербайджана при поддержке Института Археологии и Этнографии НАНА, начала работу международная научная конференция "Археологическое наследие Карабаха". В конференции приняли участие известные археологи из Турции, Российской Федерации, Украины, Исламской Республики Иран, Германии, Австралии и ряда других стран. 

В свою очередь директор Национального Музея Истории Азербайджана, академик Наиля Велиханлы в своем докладе затронула в выступлении актуальность изучения археологического наследия Карабаха, также докладчик привела примеры схожести памятников и артефактов Карабаха с культурным наследием соседних регионов.

Позже конференция продолжила свою работу по секциям. Были заслушаны и обсуждены следующие темы докладов: «Археологические исследования в Карабахе в годы независимости», «Виртуальный Музей Истории Карабаха», «Гончарное дело местности Узурликтепе в Карабахе», «Ремесло мелкой пластики в Карабахе и Нахчыване» и др.