Cari ilin 15 dekabr tarixinə qədər Muzeyimizdə Azərbaycan tarixinin görkəmli sərkərdə və dahi hökmdarından olan I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisini ziyarət etmək şansını qaçırmayın.
Xatırladaq ki, sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunmuşdur. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilmişdir.
Sərgidə tamaşaçılara təqdim olunan 130-a yaxın unikal eksponatın böyük əksəriyyəti ilk dəfədir ki, nümayiş olunur. Sərginin “Görkəmli alimlər I Şah İsmayıl haqqında”,
“I Şah İsmayılın şəxsiyyəti”,
“I Şah İsmayılın etnik mənşəyi”,
“I Şah İsmayılın uşaqlıq illəri”,
“Cabani döyüşü”,
“Almaqulağı və Şərur döyüşləri”,
“I Şah İsmayılın 1503-1509-cu illərdə qazandığı qələbələr”,
“Mərv döyüşü”,
“Çaldıran döyüşü”,
“I Şah İsmayılın 1514-1524-cü illərdəki fəaliyyəti”,
“Ərdəbildə Şeyf Səfi kompleksi”,
“Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu”,
“I Şah İsmayılın dövründə Səfəvilər dövlətinin iqtisadiyyatı”,
“I Şah İsmayıl Xətayinin dövründə Səfəvilər dövlətinin mədəniyyəti”,
“Məhəmməd Füzuli”, “I Şah İsmayıl Xətayinin xatirəsinin əbədiləşdirilməsi” adlı bölmələri ilə tanışlıq sizi XVI-XVII əsrlərə xəyali səyahətə aparacaq.
Asudə vaxtınızın səmərəli və Səfəvi dövləti ilə əlaqədar tarixi biliklərinizi artıraraq keçirmək istəyirsinizsə “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisini ziyarət etməyi sizə tövsiyə edirik.
Qeyd: Sərgi ilə əlaqədar suallarınızı “Xarici əlaqələr və elmi kütləvi iş” şöbəsinə ünvanlaya bilərsiniz. Əlaqə nömrəsi: (+994 12) 493 11 34
Спешите посетить выставку «Шах Исмаил I: полководец и правитель»
Только до 15 декабря 2016 года в Национальном Музее Истории Азербайджана открыта выставка, посвященная великому полководцу и выдающемуся государственному деятелю шаху Исмаилу I.
Важно напомнить, что концепция выставки основывается на книге академика Рамиза Мехтиева «Шах Исмаил Сефеви: портрет правителя и воина». История государства Сефевидов, в том числе и период правления основателя государства – шаха Исмаила I, нашла своё отражение в трудах многочисленной плеяды историков и востоковедов из Азербайджана, Турции, Ирана, России и Европы. Вашему вниманию будут представлены более 130 уникальных экспонатов, многие из которых не известны общественности.
Не упускайте возможности ознакомиться с военной и государственной деятельностью великого правителя.
Если вы хотите провести свободное время с пользой и обогатить знания об истории государства Сефевидов, мы приглашаем всех желающих посетить выставку.
Примечание. Более подробную информацию можно получить в отделе «Внешних связей и научно-массовой работы» Национального Музея Истории Азербайджана. (+994 12) 493 11 34
Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.