XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Noyabr, 2016
Muzeyin əməkdaşları belnəlxalq elmi konfransda iştirak etmişdilər

Xəbər verdiyimiz kimi 28 noyabr 2016-cı il tarixdən “Qarabağın arxeoloji irsi” beynəlxalq elmi konfrans işinə başlamışdır.


30 noyabr tarixədək davam edəcək konfransda Qarabağın arxeoloji abidələrinin tədqiqi və qorunması, xüsusilə ibtidai cəmiyyətlərin tarixinə dair bu və ya digər nəzəri məsələlər müzakirə olunmuşdu. Muzey konfransda iki əməkdaşla – Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə və Elmi maarif və ekskursiyalar şöbəsinin bələdçisi Aslan Qasımovla təmsil olunmuşdu.

Konfransın birinci günündə N.Quluzadə “Qarabağın neolit-eneolit ekspedisiyası”nın 2010-2016-cı illərdə apardığı arxeoloji tədqiqatların son elmi nəticələri” mövzusunda məruzə ilə çıxış etmişdi. O, öz məruzəsində Qarabağın arxeoloji abidələrin müasir texnologiyalar vasitəsilə qeydiyyatı, İsmayılbəytəpə və Fərmantəpə abidələrinin öyrənilmə vəziyyəti haqqında məlumat vermiş, tədqiqatlar prosesində meydana gələn problemlərə toxunmuşdur. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdı.

 


 

Сотрудники Национального Музея Истории Азербайджана приняли участие в международной научной конференции «Археологическое наследие Карабаха»

Как мы уже сообщали, 28 ноября 2016 года начала работу международная научная конференция «Археологическое наследие Карабаха». На конференции, которая будет продолжать работу до 30 ноября, рассматривались вопросы сохранения археологических памятников и артефактов, особенно относящихся к периоду первобытнообщинного строя, и многие другие вопросы, представляющие интерес для исторической науки. Национальный Музей Истории Азербайджана на конференции был представлен двумя сотрудниками – заведующим фондом археологии, доктором философии по истории Насиром Гулузаде и экскурсоводом отдела «Научного просвещения и экскурсионной работы» Асланом Гасымовым.

В первый день конференции Н.Гулузаде выступил с научным докладом на тему «Научные итоги Карабахской неолитическо-энеолитической экспедиции 2010-2016-х годов». Докладчик сообщил о новейших методах учета археологических памятников Карабаха, степени изученности археологических памятников Исмаилбейтепе, Фармантепе, трудностях и проблемах, возникавших при изучении этих памятников и т.д. Доклад Н.Гулузаде вызвал большой интерес участников конференции.

 

Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/