XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Noyabr, 2016
“Xan qızı”nın əl işləri sərgidə nümayiş olunur

Milli Aazərbaycan Tarixi Muzeyində təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisində Xurşud Banu Natəvanın geyimləri ilk dəfə kompleks şəkildə nümayişə çıxarılmışdır.


Şairənin fondda mühafizə olunan yeddi saxlama vahidi geyimindən dördü nümayiş olunur. Bu geyimlər zərxaradan tikilmiş, boynu və yaxası baftalı köynəkdən, məxmərdən tikilmiş və qol ağzı güləbətin tikmə üsulu ilə bəzədilmiş nimtənədən, qaz parçadan tikilmiş və ətəyinə baftadan bəzək verilmiş tumandan, muncuq tikmə üsulu ilə bəzədilmiş başmaqdan ibarətdir. Vitrində həmçinin X.B.Natəvanın öz əli ilə tikdiyi yaxalıq da nümayiş olunur.

Muzeyimizdə mühafizə olunan Xurşid Banu Natəvanın şəxsi əşyaları haqqında daha dolğun məlumatlarla, “Xan qızı”nın anadan olmasının 180 illiyinə həsr olunmuş “Xurşid Banu Natəvan-180” adlı kataloqda tanış ola bilərsiniz.

Ətraflı məlumat üçün Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinə müraciət edə bilərsiniz, (+994 12) 493 11 34

 


 

Вещи ручной работы, принадлежавшие «Ханской дочери»

На выставке «Женские украшения одежды», организованной Национальным Музеем Истории Азербайджана впервые продемонстрированы платья, принадлежавшие Хуршуд-Бану Натаван. Из семи сохранившихся предметов личного гардероба поэтессы четыре демонстрируются в рамках выставки.

В 2012 году, к 180-летию Хуршуд Бану Натаван, был выпущен каталог «Хуршуд Бану Натаван – 180», где можно более подробно ознакомиться с коллекцией личных вещей великой поэтессы, хранящихся в фондах Национального Музея Истории Азербайджана.

Для более подробной информации обращаться в отдел «Внешних связей и научно-массовой работы» Национального Музея Истории Азербайджана. (+994 12) 493 11 34

 

Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/