Milli Azərbaycan Tarixi Muzeyi maddi mədəni irsimizin tədqiqini, təbliğini və mühafizəsini həyata keçirən elmi-tədqiqat və mədəni-maarif müəssisələrindən biridir. Burada qədim tariximizi və zəngin mədəniyyətimizi tərənnüm edən çoxcaylı maddi mədəni irs nümunələri qorunur.
Həmin nümunələrin bir hissəsini Mingəçevirin arxeoloji tapıntıları təşkil edir.
Məlum olduğu kimi 1946-1953-cü illərdə Muzeyin sabiq əməkdaşı, mərhum arxeoloqumuz, tarix elmləri namizədi Saleh Qazıyevin rəhbərliyi altında Mingəçevirdə geniş miqyaslı arxeoloji qazıntılar aparılıb. Qazıntılar nəticəsində 20 mindən çox müxtəlif təyinatlı və tərkibli əşya tapılmışdı. Müxtəlif dövrləri təmsil edən həmin tapıntılar arasında çəkmə formalı saxsı qablar xüsusi paya malikdir. Onlardan bir nümunəsi son tunc-erkən dəmir dövrünə aid olub, 1949-cu il tapıntısıdır.
Həmin tapıntının ağız diametri 13, hündürlüyü 22, uzunluğu isə 16 sm-dir. Qab əldə səliqəli formalaşdırılmış və bişirilmişdir. Bişirildikdən sonra gili boz rəng almışdır. Qab yaxşı cilalıdır. Onun sağ tərəfinə yarımhalqavari qulp yapılıb. Çəkmənin xatırladan qabın ağız hissəsi nisbətən enlidir. Qabın daxili səthi sayadır. Xarici səthi isə inkrustasiyalı nöqtələrlə və düz xətlərlə bəzədilib. Belə ki, boğaz hissəsində qulpun səviyyəsində eninə zolaq salınıb. Zolağın içərisində ağ pasta ilə inkrustasiya olunmuş nöqtələrdən ibarət qarşı-qarşıya üçbucaq təsvirləri həkk edilmişdi. Həmin zolaq yuxarıdan və aşağıdan səliqəsiz çəkilmiş düz xətlərlə haşiyələnmişdir. Bir qədər aşağıda isə yenə də boğaz boyunca pasta ilə inkrustasiya olunmuş nöqtələrdən ibarət zolaq salınmışdı. Qabın ön hissəsində isə aşağıdan yuxarıya doğru yolkavari naxış verilmişdi. Bu naxış da ağ pasta ilə inkrustasiya olunmuşdu. Qabın qalan səthi sayadır. Bu qablara əsasən qəbir abidələrində təsadüf olunduğundan onun axirət dünyası ilə bağlı inanclara əsasən hazırlandığı güman olunur. Xocalı-Gədəbəy mədəniyyətini təmsil edirlər. Qab Azərbaycanın son tunc-erkən dəmir dövründəki dulusçularının bədii saxsı məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, öz dövrünün dini-fəlsəfi dünyagörüşü, xüsusilə də axirət dünyası ilə bağlı inancları haqqında dolğun təsəvvür yaradır.
Из археологического наследия Музея Истории: сосуд в виде сапога из древнего Мингячевира
Национальный Музей Истории Азербайджана является одним из научно-исследовательских и культурно-просветительских учреждений, претворяющих в жизнь вопросы пропаганды и сохранения нашего культурного наследия. Здесь находятся и памятники материальной культуры. Часть свидетельств материальной культуры составляют археологические находки из Мингячевира. Как известно, в 1946-1953-х годах в Мингячевире проводились масштабные археологические раскопки под руководством известного археолога, кандидата исторических наук Салеха Казиева. Результатом раскопок стало обнаружение более чем 20 тысяч артефактов прошлого.
Среди этих артефактов особое место занимают чаши в виде сапог. Одна из этих находок была обнаружены в 1949 году и относится к периоду поздней бронзы и раннего железа. Диаметр горлышка сосуда – 13 см, высота – 22 см, длина – 16 см.
Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.