Azərbaycan bəstəkarı, xalq aristi Eldar Mansurov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycan SSR xalq artisti, tarzən Bəhram Mansurova məxsus kitabça və anadan olmasının 105 illiyinə həsr olunmuş zərf, poçt markaları hədiyyə olunmuşdur.
Hədiyyələrdən biri Mansurovlar nəslindən bəhs edən qırmızı rəngli miniatür kitabçadır. Xüsusi qutuda yerləşən kitabçanın üzərində "Mansurovlar" sözü və sonuncuların ailə gerbi təsvir olunub. Hədiyyə edilən zərfin üzərində isə B.Mansurova aid poçt markası və şəkil var. Qəbul edilən materiallar muzeyin Hədiyyələr və xatirə əşyaları və Köməkçi tarixi fənn materialları fondlarında saxlanılır. Onu da qeyd etmək istərdik ki, müxtəlif vaxtlarda şəxsən B.Mansurov tərəfindən təqdim edilən tar və qramafon valları da muzey fondlarında mühafizə olunur.
Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq milli mədəniyyətimizin öyrənilməsində və təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir.
В дар Музею Истории преподнесены новые экспонаты
В дар Национальному Музею Истории Азербайджана были переданы материалы - маленькая книжка, конверт и почтовые марки посвященные 105-летию со дня рождения народного артиста Азербайджанской ССР, тариста Бахрама Мансурова. Данные материалы были преподнесены в дар Музею известным азербайджанским композитором, народным артистом Эльдаром Мансуровым. Один из подарков представляет собой миниатюрную брошюру красного цвета. На брошюре написано «Мансуровы» и изображен фамильный герб этого рода. Сама брошюра помещена в отдельный ящичек. Вышеперечисленные материалы были переданы на хранение в Фонд подарков и памятных вещей, а также в фонд Вспомогательных исторических материалов.
Подобные материалы играют важную роль в исследовании и изучении национальной культуры. Поэтому передача их в Музей Истории имеет такое большое значение для нашей истории.
Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.