Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və ali məktəb (BDU, ADPU, Mədəniyyət və İncəsənət Universiteti, İqtisadiyyat Universiteti, Milli Aviasiya Akademiyası) tələbələrinin iştirakı ilə “Etika və ictimai davranış mədəniyyətinin təbliği” mövzusunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) tədbir keçirildi.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadov çıxış edərək, etik mədəniyyətin multikulturalizm və tolerantlıqla əlaqəsindən, dövlətin dinlər, millətlər və mədəniyyətlər arasındakı multikultural əlaqələrin artmasındakı xüsusi rolundan bəhs etmişdir. Natiq gəncləri bilik və savadlarını artırmaq üçün muzey, kitabxanaları aktiv ziyarət etməyə, etik mədəniyyətlə multikultural əlaqələrin inkişafına töhfə verməyə dəvət etmişdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı və təşkilatçılar tərəfindən bu kimi tədbirlərin gələcəkdə də keçiriləcəyi qeyd edildi.
Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:
https://www.fb.com/azhistorymuseum/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.