Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər” (İctimai elmlər seriyası) elmi məqalələr toplusunun növbəti nömrələri – 2016-cı il №3 və №4 çap olunub.
Baş redaktoru akademik Nailə Vəlixanlı olan toplunun bu nömrələrində Azərbaycanın tarix, arxeologiya, etnoqrafiya, fəlsəfə, hüquq elmlərinin aktual məsələlərinə həsr olunmuş məqalələr çap edilmişdir. AMEA “Xəbərlər” (İctimai elmlər seriyası) elmi məqalələr toplusunun müvafiq nömrələrində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşının məqalələri yer almışdır.
Belə ki, muzeyin əməkdaşı t.ü.f.d Bəhman Kərimovun toplunun 3-cü nömrəsində “Lənkəran qəzasında maldarlıq təsərrüfatının inkişafı (1900-1914-cü illərdə)” məqaləsi çap olunub. Məqalədə, XX əsrin əvvəllərində Şimali Azərbaycanın cənub-qərb regionundan olan Lənkəran qəzasında maldarlıq təsərrüfatının inkişaf xüsusiyyətləri tədqiq olunmuşdur.
Toplunun növbəti 4-cü nömrəsində “Lənkəran qəzasında çarizmin torpaq və vergi siyasəti (XX əsrin əvvəllərində)” məqaləsi çap olunub. Məqalədə XX əsrin əvvəllərində çarizmin Lənkəran qəzasında yürütdüyü sərt torpaq və vergi siyasətinin nəticələri haqqında geniş məlumat verilmişdir.
Опубликованы следующие номера сборника научных статей «Известий»
Опубликованы очередные номера – №3 и №4 «Известий» («Серия общественные науки») Национальной Академии Наук Азербайджана за 2016 год. На страницах издания под редакцией академика Наили ханум Велиханлы нашли отражение актуальные вопросы истории Азербайджана, археологии, этнографии, философии и юридических наук.
Статья сотрудника Музея Истории, доктора философии по истории Бахмана Керимова на тему «Развитие скотоводческого хозяйства в Лянкяранском уезде (1900-1914 гг.)» была опубликована в 3-м номере за 2016 год. В статье исследуются особенности развития скотоводческого хозяйства в Лянкяранском уезде.
В 4-м номере «Известий» за 2016 год была опубликована статья Бахмана Керимова на тему «Земельная и налоговая политика царизма в Ленкоранском уезде в начале XX века». В статье затрагиваются вопросы земельной и налоговой политика царских властей в Ленкоранском уезде в начале XX века, дается подробный анализ итогов этой политики для широких слоев населения уезда и т.д.
Bizi rəsmi FB səhifəmizdə də izləyə bilərsiniz:
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.