XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
05 Dekabr, 2016
“Qadın geyim bəzəkləri” sərgisi tələbələrin böyük marağına səbəb olub

Bildiyimiz kimi 2016-cı il noyabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılış mərasimi baş tutmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan sərgi Azərbaycan ənənəvi qadın geyim bəzəklərinə həsr olunub.


Sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayış olunur.

 

Nümayiş olunan eksponatların bir qismi e.ə.XIII - b.e.VII əsrlərinə aiddir, əksər eksponatlar isə XVIII-XX əsrin əvvəllərinə məxsusdur. Qeyd etmək lazımdır ki, əksər eksponatlar ilk dəfədir nümayiş olunur. Sərginin keçirilməsində məqsəd əcdadlarımızın yaratdığı maddi dəyərləri düzgün tədqiq və təbliğ etmək, unudulmaq və yad əllərə düşmək təhlükəsindən onları xilas etmək üçün gənc nəslə, tədqiqatçılara sağlam şəkildə çatdırmaqdır.

Sərgiylə tanış olan Bakı Dövlət Turizm Universitetinin 4-cü kurs tələbələrində və şagirdlərdə tariximizə hədsiz maraq oyanmışdır. Qadın kəmərlərinin, baş geyimi-araxçınların, geyimlərin rəngarəng olduğunu vurğulayan tələbələrin sualları muzey əməkdaşları tərəfindən cavablandırılmışdır.

 Sərgi 1 fevral 2017 ilə qədər davam edəcək.



 

Выставка «Женские украшения одежды» вызвала большой интерес у студентов 

 

Как известно, 10 ноября 2016 года в Национальном Музее Истории Азербайджана открылась выставка «Женские украшения одежды». На основе экспонатов Национального Музея вниманию посетителей предлагается обширная коллекция материальной культуры азербайджанского народа. Более 200 экспонатов материальной культуры составляют основу выставки.

Студенты 4-го курса Бакинского Государственного Университета Туризма проявили неподдельный интерес к выставке. Сотрудники музея ответили подробно на все возникавшие у студентов вопросы.

 

Выставка будет продолжать свою работу до 1 февраля 2017 года

 

FOTOŞƏKİLLƏR


BİZİM FB SƏHİFƏMİZ