Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq iyun ayının 9-da Milli Azərbaycan Tarixi Muzeyində “Multikulturalizmin Azərbaycan modeli, etnik-milli müxtəliflik və Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusu üzrə növbəti seminar keçirildi.
Tədbirdə Muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin elmi işçisi Əli Fərhadov, “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin kiçik elmi işçisi Fuad Ağayev, “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov, Səbail rayonu 6 nömrəli məktəb-liseyin müəllim və şagirdləri, muzey əməkdaşları da iştirak etmişdir.Tədbiri giriş sözü ilə açan Muzeyin direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva multikulturalizm tədbirinin mahiyyəti haqqında məlumat verdi.Daha sonra “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin elmi işçisi Əli Fərhadov “Azərbaycan sufi mütəfəkkirlərinin yaradıcılığında multikulturalizm”, “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin kiçik elmi işçisi Fuad Ağayev “Azərbaycan multikulturalizmi: tarix və müasirlik (rus icması)”, “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov “Azərbaycanda milli azlıqlar siyasətində multikulturalizm” adlı məruzələrlə çıxış etdilər. Məruzəçilər məruzə ətrafında yaranan sualları cavablandırdılar. Tədbirin sonunda direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva tədbirdə iştirak edən müəllim və şagirdlərə, muzey əməkdaşlarına və məruzəçilərə öz təşəkkürünü bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyini qeyd etdi.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.