6 dekabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin kiçik konfrans zalında "Stalin ampiri" – Bakıda Hökumətin Evinin yaradılmasının tarixi"nə həsr olunmuş mühazirə-seminar keçirildi.
Mühazirə-seminar “Sənət barəsində söhbət” layihəsi çərçivəsində və Rusiya İnformasiya-Mədəni Mərkəzi ilə Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi keçirilmişdir.
Mühazirəçi, “Xarici əlaqələr və elmi kütləvi iş” şöbəsinin kiçik elmi işçisi Fuad Ağayev tədbir iştirakçılarına – 177 saylı orta məktəbin şagirdlərinə 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində inşa olunan Hökumət Evi haqqında ətraflı məlumat vermişdir. Mühazirə zamanı layihənin baş memarlarının – L.Rudnev və O.Munçun rolu da xüsusilə vurğulanmışdır. F.Ağayevin də qeyd etdiyi kimi, sonuncuların binanın inşası zamanı istifadə etdikləri müxtəlif üslublar Bakının ən gözəl memarlıq nümunələrindən birinin ərsəyə gəlməsi ilə nəticələnmişdir.
Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılmış, bu kimi mühazirə-seminarların davamlı olması təklif olunmuşdur.
В музее состоялось очередное лекция-семинар
6 декабря 2016 года в Национальном Музее Истории Азербайджана, состоялась лекция-семинар на тему «Сталинский ампир» – к истории создания Дома Правительства в Баку». Лекция-семинар проходила в рамках проекта «Беседа об искусстве», под эгидой Российского Информационно-Культурного Центра и при поддержке Национального Музея Истории Азербайджана.
Лектор – сотрудник отдела «Внешних связей и научно-массовой работы» Национального Музея Истории Азербайджана, младший научный сотрудник Агаев Фуад подробно ознакомил присутствовавших на лекции-семинаре учащихся средней школы № 177 города Баку с историей создания Дома Правительства, построенном в конце 1940 – начале 1950-х годов. Созданный в стиле «сталинского ампира» Дом Правительства являлся и является одним из шедевров архитектуры нашего города. В ходе лекции-семинара получила подробное освещение роль главных архитекторов этого проекта – Л.Руднева и О.Мунца, сумевших соединить в своём шедевре архитектурные стили разных эпох и создать неповторимый облик одного из красивейших зданий города Баку.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.