XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Dekabr, 2016
Muzeyin əməkdaşları kitab təqdimatında iştirak etmişlər

7 dekabr 2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları: Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d Nasir Quluzadə, Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin laborantı İnara İsmayılova, elmi işçisi Nüşabə Əsədova


Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə parlamentin üzvü olmuş Hacı Səlim Axund Axundzadənin “Azərbaycan torpağına türbət demişəm” xatirə kitabının təqdimatında iştirak etmişlər.

 

Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi kitab haqqında məlumat verərək bildirib ki, kitab Azərbaycanda XX əsrin əvvəllərində baş verən hadisələrdən bəhs edir. Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu yolda xalqımızın qarşılaşdığı məşəqqətlər və digər tarixi məqamlar əks olunub.

Tədbirdə çıxış edən digər natiqlər müstəqil Azərbaycanın azadlığı uğrunda millət fədailərinin necə məşəqqətli yol keçdiklərini bildiriblər.

Sonda kitabı tərtib edən və çapa hazırlayan Tufan Axundzadə bu əlyazmanı müəllifin oğlu Zahir Axundzadənin qoruyub saxladığını bildirib. Kitabı ərəb qrafikasından latın qrafikasına və fars dilindən Azərbaycan dilinə Məhəmməd Muxtarinin tərcümə etdiyini söyləyib.

Sərgidə Hacı Mirzə Səlim Axund Axundzadənin həyat və fəaliyyətini əks etdirən foto-sərgi də nümayiş olunmuşdur. 

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ