XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Dekabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyinin yeni kataloqu işıq üzü görüb

Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin materiallarına həsr olunmuş daha bir kataloq işıq üzü görmüşdür. “Zoomorf təsvirli şirli qablar” adlanan həmin kataloq Muzeyin Arxeologiya elmi fond şöbəsində ərsəyə gəlmişdir.


Şöbənin müdiri, t.ü.f.d. Nasir Quluzadənin sözlərinə görə zoomorf təsvirli şirli qablara həsr olunmuş bu kataloqun hazırlanmasını şərtləndirən əsas məqamlardan biri Azərbaycanın orta əsrlər üçün səciyyəvi olan dulusçuluğun, mədəni-ticarət əlaqələrinin, dini-fəlsəfi təsəvvürlərin və bədii-estetik zövqün araşdırılmasında yardımçı ola biləcək əşyavi mənbələri elmi ictimaiyyətə təqdim etməkdir. Çünki kataloqa cəlb edilmiş arxeoloji materialların böyük əksəriyyəti ilk dəfədir ki, işıq üzü görür. Bu kataloqun ərsəyə gəlməsi üçün Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə edilən 229 ədəd zoomorf təsvirli şirli qab və qab parçaları cəlb olunmuşdur. Bu nümunələrin əksəriyyəti Azərbaycanın orta əsr yaşayış məskənlərindən – Örənqala (Qədim Beyləqan), Qədim Gəncə, I və II Bəndovan, Qəbələ, Bakı (Abşeron), Şəmkir və Qaratəpədən (Beyləqan) arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Bundan əlavə Buğurt qalasından və naməlum ərazilərdən təsadüf nəticəsində aşkar edilmiş şirli qab nümunələri də cəlb olunmuşdur. Həmin saxsı nümunələri xronoloji baxımdan IX-XVI əsrləri əhatə edirlər. Zoomorf təsvirlərin əsasən 141-i quş, 85-i müxtəlif heyvan və 3-ü isə balıq rəsmlərindən ibarətdir. O cümlədən təsvirlərin dördünü quş-balıq, digər beşini isə mifoloji varlıqların, o cümlədən əjdaha və sirenlərin rəsmləri təşkil edir. Güman olunur ki, ictimaiyyətimizə təqdim edilmiş bu kataloq Azərbaycan xalqının çoxəsrlik tarixinin, eləcə də zəngin maddi və mənəvi mədəniyyətinin öyrənilməsində mütəxəssislər – arxeoloq, etnoqraf, sənətşünas və tarixçi alimlər üçün faydalı olacaqdır.

 


Увидел свет новый каталог Национального Музея Истории Азербайджана

В эти дни вышел из печати новый каталог на основе материалов Национального Музея Истории Азербайджана. Каталог «Глазурованные сосуды с зооморфными изображениями» появился благодаря сотрудникам научного фонда археологии Музея Истории. По словам руководителя отдела археологии, доктора философии по истории Насира Гулузаде, основным побудительным мотивом к изданию каталога послужило желание ознакомить широкие слои общественности с историей развития ремесленного искусства на территории Азербайджана, торговых и культурных связей, религиозно-философских и художественно-эстетических аспектов рассматриваемого исторического периода. Выход каталога тем более актуален, принимая во внимание, что многие из экспонатов демонстрируются впервые. 229 единиц зооморфных глазурированных сосудов и отдельных фрагментов составили основную часть представленных в каталоге материалов. Большая часть сосудов была обнаружены при археологических раскопках поселений эпохи средневековья – Оренкала (Древний Бейлаган), Древняя Гянджа, Бяндован I и Бяндован II, Габала, Баку (Апшерон), Шамкир и Кара-Тепе (Бейлаган). Кроме этого, в каталог были включены ряд зооморфных сосудов, обнаруженных при раскопках в крепости Бугурт.

Представленные в каталоге материалы относятся к IX-XVI векам. На 141 из представленных в каталоге экспонатов изображены птицы, на 3 – рыбы и 85 экспонатов с другими представителями животного мира. Кроме того, на ряде сосудов изображены мифические животные – сирены и драконы.

Создатели каталога выражают искреннюю надежду на то, что представленный каталог вызовет интерес к материальной культуре нашего народу как у представителей научной общественности – археологов, этнографов, историков, так и у широкой читательской аудитории.   

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ