Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində
Səbail rayon M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Elmdə geri qaldığımızdan genləşdirmə prosesinə normal dəyər verə bilmirik” mövzusunda elmi nəzəri praktik konfrans keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaq olmuşdur.
Layihə rəhbəri M.Əliyev öz növbəsində Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olması barədə ətraflı çıxış etmişdir. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi P.Əzimova da məruzə ilə çıxış etmişdir.
Sonda mövzulara aid fotoslayd və vidoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.