9 dekabr 2016-cı il tarixində YAP Səbail rayon təşkilatının qərərgahında xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi “Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi”nin əməkdaşı Pərvanə Əzimova iştirak etmişdir.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Prof. Şəmsəddin Hacıyev tədbiri giriş sözü ilə açaraq, ulu öndər H.Əliyevin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri olduğunu xatırladıb. Daha sonra şair-publisist, sabiq deputat, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Minayə Əliyeva da çıxış etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.