AMEA prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamına əsasən ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiqlənmişdir.
Bu plana əsasən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri 01 dekabr 2016-cı il tarixindən 31 may 2017-ci il tarixinədək Milli Azərbaycan Tarixi Muzeyində təcrübə keçəcəklər. SABAH qrupu tələbələri muzeyin hazırladığı plana əsasən bu müddət ərzində şöbələrin fəaliyyəti, fondlardakı işlə yaxından tanış olacaqlar.
İlk təcrübə günü – 08 dekabr 2016-cı il SABAH qrupu tələbələri muzeyin ekspozisiyası ilə tanış olublar. Onlara Azərbaycan tarixinin qədim zamanlardan 1920-ci ilə qədərki dövrü, habelə böyük xeyriyyəçi H.Z.Tağıyevin həyat və fəaliyyəti haqqında ətraflı bəhs olunmuşdur. Ekskursiya zamanı tələbələrin maraqlandığı suallara cavab verilmişdir.
В Национальном Музее Истории Азербайджане проходят практику студенты группы SABAH
На основе распоряжения президента Национальной Академии Наук Азербайджана от 25 ноября 2016 года, созданные в высших учебных заведениях из числа студентов группы SABAH были направлены на курсы повышения квалификации в научные учреждения НАНА.
На основе этого решения группа студентов исторического факультета Бакинского Государственного Университета с 1 декабря 2016 года по 31 мая 2017 года будет проходить стажировку в Национальном Музее Истории Азербайджана. В этот временной отрезок студенты будут знакомиться с деятельностью отделов и фондов Музея Истории.
В первый день стажировки – 8 декабря 2016 года студенты группы SABAH ознакомились с экспозицией Музея Истории. Сотрудники Музея подробно ознакомили студентов с историей Азербайджана с древнейших времен до 1920 года, в том числе с жизнью и деятельностью известного мецената Г.З.Тагиева, ответили на все интересовавшие гостей вопросы.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.