Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirən elmi-tədqiqat müəssisəsidir. Cari il ərzində muzey fondlarını zənginləşdirmək məqsədilə müxtəlif tarixi dövrləri əhatə edən maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirmişdir.
Belə materiallardan biri İkinci Dünya müharibəsi dövrünə aid əsgər dəbilqəsidir. Muzeyə təhvil verilən zaman dəbilqənin saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyac olduğu üçün muzeyin “Bərpa laboratoriyası”na yönləndirilmişdir. Laboratoriyanın bərpaçı-rəssamı Əjdər Qafarov tərəfindən eksponata ikinci həyat verilmişdir.
Belə ki, kimyəvi məhlulların vasitəsi ilə dəbilqənin üzərindən pas təbəqəsi təmizlənmiş və xüsusi qoruyucu maddə çəkilmişdir.
Qədim və zəngin mədəniyyətimizi, müxtəlif tarixi dövrləri, milli adət-ənənələrimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək böyük məsuliyyət tələb edir. Milli Azərbaycan Tarixi Muzeyində bu əhəmiyyətli missiya layiqincə həyata keçirilir. Hal-hazırda əsgər dəbilqəsi muzeyin “Silahlar və bayraqlar fondu”nda mühafizə olunur.
Məlumat verdi: “Bərpa laboratoriyası
Национальный Музей Истории Азербайджана продолжает миссию «Вторая жизнь экспонатов»
Как известно, Национальный Музей Истории Азербайджана – научно-просветительское учреждение, занимающееся пропагандой и сохранением историко-культурного наследия нашего народа. На протяжении всего текущего года продолжалась передача в фонды Музея экспонатов, относящихся к разным периодам истории.
Один из таких материалов – солдатский шлем времён Второй мировой войны. На момент передачи шлема в Музей Истории шлем нуждался в восстановлении прежнего вида. Сотрудник лаборатории художник-реставратор Аждар Кафаров «подарил» экспонату вторую жизнь.
Таким образом, солдатский шлем был очищен от налёта ржавчины и покрыт специальным защитным составом.
Сохранение свидетельств материальной культуры нашего народа для будущих поколений, консервация и восстановление музейных экспонатов – ответственная задача. Национальный Музей Истории Азербайджана с честью выполняет эту благородную миссию. В настоящий момент солдатский шлем находится на хранении в фонде «Оружия и флагов».
Сведения предоставил (а): “Лаборатория реставрации”
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.