Dekabrın 12-də müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il ötür.
Bu münasibətlə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları və Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan Tarixçiləri” YAP ilk ərazi təşkilatının üzvləri Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Elm xadimləri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.
Vətənini sevən hər bir azərbaycanlı ulu öndərin xatirəsini son dərəcə əziz və müqəddəs tutur. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu onun vəfatından ötən on üç il ərzində bir an belə unutmayıb. Fəxri Xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramının parlaq təcəssümüdür.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.