AMEA Milli Azərbaycan Tarixi Muzeyində muzeyin yaranmasının 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanın qədim mədəniyyət ocağı-Qarabağ” sərgisi açıldı.
Öncə muğam ifaçılarının ifasında “Qarabağ” şikəstəsi səsləndi.
Sərgidə Azərbaycanın əsas sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan Qarabağın tarixindən bəhs edən arxeoloji-etnoqrafik nümunələr - yaşına görə ən qədim maddi tapıntı olan azıxantropun alt çənə sümüyü, imperator I Aleksandrın Qarabağ xanı Mehdiquluxana hədiyyə etdiyi bayraq, dünya şöhrətli Qarabağ xalçaları, burada zərb olunmuş sikkələr, milli geyimlər, sənətkarlıq nümunələri, silahlar, görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi əşyaları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində şəhid olmuş milli qəhrəmanların şəxsi əşya və sənədləri nümayiş olunur.
Sərgi salonunda yerləşdirilən posterlər vasitəsilə qədim Qarabağ torpağı haqqında daha ətraflı məlumat almaq mümkündür.
Sərgi sentyabr ayına qədər davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.