XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Dekabr, 2016
Milli Azərbaycan Tarixi Muzeyinin tərtibatında rəssam İsmayıl Məmmədovun rolu

Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam İsmayıl Məmmədov 2016-cı il dekabrın 12-də ömrünün 68-ci ilində uzunsürən xəstəlikdən sonra vəfat etmişdir.


İstedadı, işgüzarlığı və tükənməz enerjisi ilə seçilən rəssamın Milli Azərbaycan Tarixi Muzeyin daimi ekspozisiyasının tərtibatında da rolu böyük olmuşdur. Belə ki, “Qədim Azərbaycanda paleolit dövrü tikililəri”  installyasiyaları, “Qobustan qayaüstü təsvirləri” pannosu, “Alban döyüşçüsü” rəsmi Azərbaycanın tarixi keçmişini əyani olaraq təsəvvür etməyə imkan verir. Həmçinin Azərbaycanın bir sıra tarixi-mədəni abidələrinin rəssam tərəfindən yaratdığı  təsvirləri muzeyin fondlarında qorunmaqdadır.

İsmayıl Əsəd oğlu Məmmədov 1948-ci il martın 31-də Bakıda anadan olmuşdur. 1963-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə daxil olmuşdur. 1968-ci ildə İ.Repin adına Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olmuşdur. 1974-cü ildə institutu bitirdikdən sonra, əvvəlcə Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işləmiş, daha sonra pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1976-cı ildən respublika və beynəlxalq rəsm sərgilərinin iştirakçısı idi. İsmayıl Məmmədov uzun illər teatr rəssamlığı sahəsində fəaliyyət göstərmişdir.  O, kitab qrafikası və rəngkarlıq sahəsində də bir sıra yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan xalqının milli mənəvi dəyərlərinin, tarixi keçmişinin təbliği onun əsərlərinin başlıca mövzularından olmuşdur. Onun əsərləri Azərbaycanın muzeylərində və bir sıra şəxsi kolleksiyalarda saxlanılır.


Роль художника Исмаила Мамедова в оформлении экспозиции Национального Музея Истории Азербайджана

 Видный представитель изобразительного искусства современного Азербайджана, заслуженный художник Исмаил Мамедов ушел из жизни после тяжелой болезни 12 декабря 2016 года, на 68-ом году жизни.

Неутомимая энергия и талант Исмаила Мамедова отразились при оформлении постоянной экспозиции Национального Музея Истории Азербайджана. Инсталляции “Qədim Azərbaycanda paleolit dövrü tikililəri”, панно “Qobustan qayaüstü təsvirləri”, “Alban döyüşçüsü” и другие работы художника помогают глубже понять историческое прошлое нашего народа

Исмаил Асад оглы Мамедов родился в Баку 31 марта 1948 года. В 1963 году поступил в художественное училище имени Азима Азимзаде. В студенческие годы стал заниматься книжной графикой. В 1968 году Исмаил Мамедов поступил в Ленинградский (ныне – Санкт-Петербургский) институт живописи, скульптуры и архитектуры имени И.Е. Репина.

После окончания института в 1974 году, он работал в Художественном Фонде Союза Художников Азербайджана, занимался преподавательской деятельностью. С 1976 года активно участвовал в художественных выставках в Республике и за рубежом. Исмаил Мамедов долгие годы работал в области театральной живописи. Также художник оставил след в ряде работ в области книжной графики. Отображение исторического прошлого нашего народа, пропаганда национально-духовных ценностей всегда была одной из приоритетных задач деятельности художника. Работы Исмаила Мамедова хранятся как в музеях Республики, так и в частных коллекциях.

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ