XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Dekabr, 2016
Muzeydə növbəti seminar keçirilmişdir

14.12.2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyi ilə "Anadoludan Qafqaza multikultural mədəniyyət körpülərimiz" adlı seminar təşkil edilmişdir.


Seminarda Qafqaz Universiteti “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin müdiri, prof. Həbib Zərbəliyev, Mərkəzin baş elmi işçisi, prof. Minəxanım Təkləli və Muzeyin əməkdaşı Əli Fərhadov çıxış etmişdirlər. Tədbirdə Muzey və Qafqaz Universiteti “Azərbaycan Multikulturalizmi” Elmi-Tədris Mərkəzinin əməkdaşları, Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Əli Fərhadov 2016-cı ilin cənab prezident İlham Əliyev tərəfindən multikulturalizm ili elan edilməsilə əlaqədar olaraq bu mövzuda ondan çox tədbirin bu il Muzeydə keçirildiyini vurğuladı. Natiq Qafqaz Universitetinin nəşrləri və Muzey eksponatları əsasında Türkiyə-Azərbaycan multikultural əlaqələrinin tarixi kökləri haqqında məlumat verdi.

Daha sonra çıxış edən prof. Həbib Zərbəliyev dövlətimizin multikultural siyasəti və Qafqaz Universiteti “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin fəaliyyəti haqqında danışdı.

Prof. Minəxanım Təkləli isə Rusiya ilə Türk dünyası və Qafqaz arasındakı multikultural əlaqələr haqqında, türkəsilli Rusiya şair, mütəfəkkir və hərbi xadimləri haqqında çıxış etdi.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və bu kimi tədbirlərin gələcəkdə də davam edəcəyi bildirildi.

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ