14.12.2016-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyi ilə keçirilən seminarda iştirak edən Qafqaz Universiteti “Azərbaycan Multikulturalizmi” Elm-Tədris Mərkəzinin baş elmi işçisi, prof. Minəxanım Təkləli müəllifi olduğu “Türk kitabı: unudulan tarix, dəyişdirilən adlar” (Bakı, 2009), “Sarı gəlin: Azərbaycan xalq türküləri” (Bakı, 2014) və “Rus dilində türk sözləri” (Bakı, 2006) əsərlərini Muzeyin kitabxanasına hədiyyə etmişdir.
Prof. Minəxanım Təkləlinin “Türk kitabı: unudulan tarix, dəyişdirilən adlar” əsərində Rusiyada adı dəyişdirilən qədim türk məskənlərindən, “Rus dilində türk sözləri” əsərində isə rus ədəbi dilinə daxil olmuş türkizmlər haqqında geniş məlumat verilir. “Sarı gəlin: Azərbaycan xalq türküləri” əsərində isə müəllif qiymətli xalq türkülərini toplamışdır.
Qəbul edilən bu hədiyyələr Muzeyin elmi-kütləvi fəaliyyəti baxımından əhəmiyyətlidir və gələn qonaqlar, oxucular tərəfindən rəğbətlə qarşılanır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.