Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycan ənənəvi qadın geyim bəzəklərinə həsr olunub.
Sərgidə 200-dən artıq eksponat - baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər nümayış olunur.
Sərgiylə tanış olan ziyarətçilərin sayı 2 085 nəfər olmuşdur. Sərgini ziyarət edənlərin sayının artması ictimaiyyətin tariximizi özündə yaşadan maddi mədəniyyət nümunələrinə olan böyük maraqdan irəli gəlir. Muzeyimizin qarşısında duran başlıca vəzifələrdən biri də zəngin tarixə malik maddi mədəniyyət nümunələrimizi elmi-ekspozisiya və sərgilər vasitəsilə əlçatan etməkdir.
Xatırladaq ki, sərgi 1 fevral 2017-ci il tarixinə qədər davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.