Milli Azərbaycan Tarixi Muzeyində Şuşa rayon 9 saylı orta məktəbin tarix müəlliməsi Fazilə Hüseynova tərəfindən həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdlərinə “Azərbaycan Cümhuriyyətinin yaranması” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Məktəbin tədris proqramına uyğun təşkil olunan açıq dərs muzeyin elmi-ekspozisiyasında nümayiş olunan eksponatlar əsasında baş tutub.
Məktəblilərin mövzuya aid eksponatları əyani görmələri və dərsin müzakirə şəraitində keçirilməsi onların dərs proqramını daha məhsuldar mənimsəmələrinə zəmin yaradıb.
Açıq dərsin sonunda Şuşa rayon 9 saylı orta məktəbin direktoru Qədim Abdullayev Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya muzeydə açıq dərsin keçirilməsinə şərait yaratdığına görə öz minnətdarlığını bildirmişdir.
Həmçinin, məktəbin direktoru Muzeyə rəhbəri olduğu təhsil ocağının adından hədiyyə olaraq Rusiya çarı II Nikolayın dövrünə aid iki ədəd pul sikkəsini təqdim etmişdir. Sonuncuları XX əsrin əvvəllərində xanımlarımız xüsusi “qulp” hissəsi əlavə edərək bəzək əşyası kimi istifadə etmişdilər.
В Национальном Музее Истории Азербайджана был проведён открытый урок на тему «Создание Азербайджанской Демократической Республики»
В Национальном Музее Истории Азербайджана прошёл очередной открытый урок на тему «Создание Азербайджанской Демократической Республики». Урок, в котором участвовали учащиеся 9-го класса школы № 9 Шушинского района, был проведён педагогом истории вышеупомянутой школы Фазилей Гусейновой.
Учащиеся получили возможность изучить указанный исторический период непосредственно ознакомившись с экспонатами Музея Истории, посвященных созданию Азербайджанской Демократической Республики.
В конце урока директор школы №9 Шушинского района Гадим Абдуллаев выразил благодарность директору Национального Музея Истории Азербайджана, академику Наиле Велиханлы за возможность провести урок в стенах Музея Истории.
Кроме того, директор школы от имени возглавляемого им учреждения преподнес в дар Музею Истории две монеты периода правления Николая II. По словам Г.Абдуллаева вышеназванные монеты использовались в качестве женских украшений в начале XX века.
FOTOŞƏKİLLƏR
BİZİM YOUTUBE KANALIMIZ
BİZİM FB SƏHİFƏMİZ
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.