Milli Azərbaycan Tarixi Muzeyində bərpaya ehtiyacı olan eksponatlar daim diqqət mərkəzində saxlanılır və mütəmadi olaraq Muzeyin “Bərpa laboratoriyası” tərəfindən bərpa edilir.
Belə eksponatlardan biri də “Silahlar və bayraqlar fondu”nda mühafizə olunan barıt qabı olmuşdur. Bərpadan öncə barıt qabı bərpaçı-rəssam Tural Nəbiyev tərəfindən ətraflı şəkildə analiz edilmiş, daha sonra gümüşdən olan hissə qaralmadan, metal hissə isə pas təbəqəsindən təmizlənmiş və qoruyucu təbəqə ilə örtülmüşdür.
Bərpadan sonra barıt qabının üzərində qeyd olunmuş “Кавказъ 1857 года” sözləri daha oxunaqlı görünüş almışdır. Bu da öz növbəsində eksponatın həm dövrü, həm də hazırlandığı yer haqqında ilkin məlumat almağa imkan verir.
FOTOŞƏKİLLƏR
BİZİM YOUTUBE KANALIMIZ
BİZİM FB SƏHİFƏMİZ
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.