XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2016
Muzeydə xalq rəssamı Lətif Kərimova məxsus əşyalar qorunmaqdadır

Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq milli mədəniyyətimizin öyrənilməsində və təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir.


Belə ki, Azərbaycanın görkəmli xalq rəssamı, xalçaşünas Lətif Kərimova məxsus materiallar muzey fondlarında xüsusi yer tutur.

Görkəmli xalçaşünas rəssamın nəvəsi Azər Səfərov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə L.Kərimovun bir sıra şəxsi əşyaları hədiyyə edilmişdir. Qəbul edilən materiallar muzeyin “Hədiyyələr və xatirə əşyaları fondu”nda saxlanılır.

Qeyd edək ki, Lətif Kərimovun elmi əsərləri – “Azərbaycan xalçalarında ornament” kitabı və çoxcildli “Azərbaycan xalçası” monoqrafiyası misilsiz əhəmiyyətə malikdir. Elmi-yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən görkəmli alim 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 


Материалы народного художника Лятифа Керимова в Национальном Музее Истории Азербайджана

Национальный Музей Истории Азербайджана всегда уделял повышенное внимание пополнению фондов материалами, имеющими особую роль в пропаганде и популяризации истории нашего народа. Среди них видное место занимают материалы выдающегося народного художника, специалиста по искусству ковра Лятифа Керимова.

Внук Лятифа Керимова - Азер Сафаров преподнес в подарок Национальному Музею Истории Азербайджана ряд личных вещей своего именитого родственника. Материалы Лятифа Керимова были приняты на хранение в фонд "Подарков и памятных вещей".

Научные труды Лятифа Керимова - книга "Орнамент азербайджанских ковров" и многотомная монография "Азербайджанский ковер" внесли бесценный вклад в изучении искусства ковроделия.

Напомним, что научная и творческая деятельность Лятифа Керимова была отмечена со стороны государства Почётной Грамотой Верховного Совета Азербайджанской ССР в 1981 году.

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ