XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2016
Muzey əməkdaşları beynəlxalq elmi seminarda iştirak etmişlər

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları: Elmi işlər üzrə direktor müavini t.e.d. Nərgiz Əliyeva və Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Mərkəzi Elmi Kitabxanada AMEA-nın və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminarda iştirak etmişlər.


Seminarda MDB-yə üzv ölkələrin, həmçinin Gürcüstan və Estoniyanın elmlər akademiyalarının rəhbər şəxsləri iştirak etmişlər.

Beynəlxalq tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq dünya ölkələri arasında elmi əlaqələrin inkişafının vacibliyindən, bu münasibətlərin genişləndirilməsi istiqamətində görülən işlərdən danışdı.

Tədbirdə Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Tarmo Soomere “Zaman, müasir inkişaf və elmi əməkdaşlıq”, Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski “MDB xalqlarının ədəbiyyatı və folklorunun tədqiqi sahəsində elmi əməkdaşlığın perspektivləri”, Türkmənistan Elmlər Akademiyasının (TEA) prezidenti, TEA-nın müxbir üzvü Meret Aşırbayev “Türkmənistan elmi: inkişaf perspektivləri və birgə elmi layihələrin mümkünlüyü” mövzusunda məruzələrlə çıxış etdilər.

Seminar dekabrın 20-də başa çatacaq.


FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ