XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
19 Dekabr, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin nəticələri

Milli Azərbaycan Tarixi Muzeyində qurulmuş, açılışı 2016-cı il aprelin 15-də təntənəli şəkildə keçirilən “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi dekabrın 15-də öz işini bitirdi.


İlk dəfədir ki, Azərbaycan tarixinin görkəmli simalarından olan böyük sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi təşkil edilmişdir. Respublikanın elmi-mədəni həyatında əlamətdar hadisə olan sərginin hazırlıq işləri ciddi elmi axtarışlar, geniş bərpa-restavrasiya işləri, yeni tərtibat işlərini tələb etmişdir. Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl – sərkərdə və hökmdarın portreti” kitabı əsasında tərtib olunmuşdur.

Sərgidə 130-dan artıq eksponat, 22 informasiya-məlumat paneli, 2 xəritə, 2 portret, 6 iriölçülü banner, həmçinin 5 tamölçülü maneken qurulmuşdur.

2016-ci il aprelin 29-da “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi ilə əlaqədar KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunmuşdur. Həmçinin sərgisi ilə əlaqədar 15.04- 15.05 tarixlərində yazılı sosioloji sorğu keçirilib. Sorğuda 42 nəfər iştirak edib, sorğunun nəticələri muzeyin saytında işıqlandırılıb. Həmçinin sərgi ilə bağlı yazılı rəylər toplanmışdır –ümumilikdə 120 rəy. Sərgi respublikanın KİV-də geniş işıqlandırlımışdır. Sərgi ilə əlaqədar Muzey əməkdaşları müxtəlif KİV-lərə müsahibələr vermişlər. “Azərbaycan xalçaları” jurnalında sərginin kuratoru S.Əhmədovun müəllifliyi ilə “Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl- sərkərdə və hökmdar” sərgisi” adlı məqalə dərc olunmuşdur.


FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ