XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Dekabr, 2016
Muzeydə növbəti eksponat bərpa edilmişdir

Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif tarixi dövrləri, qədim və zəngin mədəniyyətimizi özündə əks etdirən çoxlu sayda eksponatlar saxlanılır. 


Tariximizin təbliği ilə yanaşı muzeyin vəzifələrindən biri də zamanın təsirinə məruz qalmış eksponatları bərpa edərək gələcək nəsillərə çatdırmaqdır. Muzeyin “Bərpa laboratoriyası” belə məsuliyyətli işi layiqincə yerinə yetirməyə çalışır.

Bərpaçı-dizayner Vüqar Xudaverdiyev tərəfindən növbəti bərpa olunan eksponat,  XIX əsrin ortalarına aid qadın bəzək əşyası - gümüş kəmərdir. Kəmərin gümüş hissələri təmizlənmiş, yeni dəri hissəsi əlavə olunmuşdur.

Hal-hazırda eksponat muzeyin “Xüsusi fond”unda mühafizə olunmaqdadır.


Экспонат дня

В Национальном Музее Истории Азербайджана бережно сохраняются экспонаты, свидетельствующие о различных периодах истории нашего народа.

В число первостепенных задач Музея входит не только популяризация истории Азербайджана, но и сохранение экспонатов, пострадавших от времени, для будущих поколений. Дизайнер-реставратор Вугар Худавердиев провёл реставрацию относящегося к середине XIX века серебряного пояса.

На данный момент экспонат находится в «Специальном фонде» Музея. 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ