XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Dekabr, 2016
AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilmişdir

21 dekabr 2016-cı il tarixində AMEA-nın Əsas binasında bu qurumun Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilmişdir.


Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin əmkdaşları-Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, ümumi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva, Ümumi işlər üzrə direktor müavini Əliməmməd Məhərrəmov, Elmi katib t.ü.f.d. Fərhad Cabbarov, Kadrlar şöbəsinin müdiri Gülşən Əliyeva, Təhsil şöbəsinin müdiri Könül Manafova, Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşı Pərvanə Əzimova iştirak etmişlər.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq elmi sessiyanın əsas məqsədinin Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu söyləyib. 
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası" mövzulu məruzə ilə çıxış edib. 
Daha sonra məruzələr ətrəfında geniş müzakirələr aparılıb. Müzakirələrdən sonra elmi sessiyanın qərarı qəbul edilib.

 

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ