22 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində təcrübə keçən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası I kurs tələbələrinin növbəti məşğələsi olmuşdur.
Məşğələ dərsi “Arxeologiya fondu və arxeoloji irsimizin qorunması” mövzusuna həsr olunmuşdur. Məşğələ dərsi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə tərəfindən aparılmışdır.
O, öz məşğələ dərsində Arxeologiya fondunda görülən işlərin forma və məzmunu haqqında “Sənətşünaslıq” ixtisasında təhsil alan təcrübəçi tələbələrə geniş məlumat vermişdir.
Məruzədə Arxeologiya fondunun şəraiti, texniki imkanları, saxlanc yerləri, kolleksiyalara daxil olan materialların tərkibi, onların inventarlaşdırılması və pasportlaşdırılması, sanitar təmizlənməsi, eləcə də bərpa və konservasiya işləri kimi məsələlər öz əksini tapmışdır.
Slaydlarla təqdim edilmiş məruzə 49 nəfər tərəfindən dinlənilmişdi. Məruzənin sonunda dinləyicilərin sualları cavablandırılmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.